Çərşənbə axşamı, 14 Мая 2024, 5:23 AM
Əsas səhifə Регистрация RSS
Приветствую Вас, Qonaq
Категории раздела
Мини-чат
500
Статистика

Online : 1
Qonaq : 1
İstifadəçilər: 0
Форма Girişа
Əsas səhifə » 2011 » May » 24 » ABŞ-DA TORNADO XƏBƏRDARLIĞI DAVAM EDİR
1:54 PM
ABŞ-DA TORNADO XƏBƏRDARLIĞI DAVAM EDİR


ABŞ-ın güclü tornadodan zərər çəkmiş regionlarında dağıntılar altında axtarış-xilas işləri davam etdirilir. Ölkə tarixində son 60 ildə ən dəhşətli və bir aydan az müddətdə ikinci böyük tornado nəticəsində 116 nəfər ölüb. Ölkə rəsmiləri ölənlərin sayının artacağından ehtiyyat edirlər. Xəsarət alanların sayı isə məlum deyil.

Ən çox zərər çəkmiş Missuri ştatında 2 mindən çox ev dağılıb. Ölənlərin çoxu da bu ştatın sakinləridir. Missuri ştatının qubernatoru Cey Nikson tornadonun 1 kilometr eni və 9 kilometr uzunluğunda ərazini əhatə etdiyini deyib. Ştatın Coplin şəhərində bütün telekommunikasiya xətləri sıradan çıxıb və şəhərlə əlaqə tamamilə kəsilib. Ştatda fövqəladə vəziyyət rejimi davam edir. Təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına Milli Qvardiyanın dəstələri cəlb olunub.

Meteoroloqlar pis hava şəraitinin həftənin sonunadək davam edəcəyini proqnozlaşdırıblar. Arkanzas, Kanzas, Missuri və Oklahoma ştatlarında tornado xəbərdarlığı edilib. Pis hava şəraitinin həftənin sonunadək ölkənin şərq sahilinə çatacağı gözlənilir. Cənubda Texasdan şimalda Miçiqan ştatınadək bir neçə ştatda fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Категория: Xəbərlər | Просмотров: 839 | Добавил: Admin_Elvin | Рейтинг: 2.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]